Məmmədovanın 32 xalı qələbəyə yetmədi
19.02.2013 - 09:39
Məmmədovanın 32 xalı qələbəyə yetmədi
Qadın voleybolçular arasında Rusiya Superliqasında XVI turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan yığmasının hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Moskva “Dinamo”sunun qonağı olub.

Matç ev sahiblərinin 3:2 (26:24, 25:23, 17:25, 18:25, 15:12) hesablı qələbəsi ilə başa çatıb. Məmmədova qarşılaşmada bombardir adını qazanıb. O, nə az, nə çox – 32 xal toplayıb.

Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, aktivinə 1 xal yazan “Omiçka” 6-cı pillədəki yerini qoruyub (27 xal).