“Onlardan Natalya Məmmədovaya həmişə diqqət yetirməyi tələb edirdim”
20.02.2013 - 09:33
“Onlardan Natalya Məmmədovaya həmişə diqqət yetirməyi tələb edirdim”
“Biz “Omiçka” ilə oyunda əsas diqqəti onların liderləri Nelli Alişeva ilə Natalya Məmmədova yetirirdik. Yaxşı başa düşürdük ki, rəqibdə əsas təhlükə məhz bu cütlükdən gələcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moskva “Dinamo”sunun baş məşqçisi Svetlana İliç dyeib. Təcrübəli mütəxəssis Rusiya çempionatının XVI turunda Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”ya tay-brekdə qalib gəldikləri oyunu dəyərləndirib.

İliçin sözlərinə görə, Məmmədova xüsusi diqqət tələb edən oyunçulardır: “Omsk təmsilçisinin hücumlarının çoxu məhz bu cütlükdən gəlir. Mən qızlarımızdan ilk tempdə reaksiya, topun qəbulunu çətinləşdirmək üçün yaxşı ötürmə və Məmmədova ilə Alişevaya həmişə diqqət yetirməyi tələb edirdim. Ancaq “Omiçka” istənilən rəqiblə belə oynayır. Bu duet həmişə irəlidədir. Bu, gözlənilməz ola bilməzdi”.

Qeyd edək ki, Natalya bu matçda 32 xal toplayıb.