“Onların Azərbaycana gedişi komandanı zəiflətdi”
20.02.2013 - 10:12
“Ukrayna çempionatında çıxış edən 8 komandadan 6-sı yaxşı səviyyədədir. Onlar arasında qarşılaşmalar da gərgin keçir”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın həndbolçulardan ibarət Ukrayna yığmasının sabiq baş məşqçisi Andrey Romanoviç deyib.
Hazırda “Qalıçanka” klubunu çalışdıran mütəxəssis həmyerlilərinin Azərbaycan axınından da danışıb: “Yalnız Vinnitsa və Rovno təmsilçiləri bir az zəifdir. Bunda vinnitsalıların 4 aparıcı oyunçusunun klubu tərk etməsinin də rolu var. Bu 4 həndbolçudan 2-si Azərbaycana yollanıb. Bu da özünü göstərərək komandanı zəiflətdi”.
Qeyd edək ki, Romanoviçin dedikləri müəyyən mənada həqiqəti əks etdirmir. Belə ki, Ukrayna Superliqasında 8 deyil 7 klub var. Ən maraqlısı isə onlar arasında Vinntsa və Rovno təmsilçiləri yoxdur.

0
0