Marçello Abbondanza: Bu, düzgün qərar deyildi
20.02.2013 - 10:55
“Bolqarıstan Voleybol Federasiyası ilə bağladığım yeni müqaviləyə görə çox şadam. Öncə ona görə ki, 4 illik anlaşdıq və bu müddət Olimpiya tsiklini əhatə edəcək”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Marçello Abbondanza deyib.
Bakı klubu ilə yanaşı, Bolqarıstan millisini də çalışdıran italiyalı mütəxəssis qarşıda duran vəzifədən danışıb. Onun sözlərinə görə, Bolqarıstan yığması ilə əsas məqsədləri 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya vəsiqə qazanmaqdır: “Bundan əlavə, digər yarışlar – Qran-pri, Avropa Liqasında və çempionatında uğurla çıxış etməyə çalışacağıq. “Rabitə” ilə mövsüm bitirdikdən sonra, haradasa aprelin 25-26-da Bolqarıstanda olacam”.
Abbondanza Bolqarıstan mətbuatına müsahibəsində yığmanın liderlərindən olan Diana Nenovanın “Lokomotiv”dən gedişinə də münasibət bildirib: “Mənim onun komandasından gedişinə heç bir izahım yoxdur. Digər klubların işinə qarışmıram. Ancaq fikrimcə, bu, Çempionlar Liqasının pley-off matçı öncəsi düzgün qərar deyildi”.

0
0