“Rabitə”nin oyunlarının qiyməti açıqlandı
20.02.2013 - 15:35
Qadın voleybolçular arasında Çempionlar Liqasının İstanbulda keçiriləcək “Dördlər finalı”nın biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Rabitə”nin də mübarizə aparacağı həlledici mərhələyə canlı baxmaq istəyənlər ən azı 20 Türkiyə lirəsindən (8 manat 80 qəpik) keçməli olacaqlar.
Burhan Fələk Voleybol Salonunda baş tutacaq “Dördlər finalı”nda ən baha bilet isə 100 lirədir (44 manat).
Qeyd edək ki, yarışın ev sahibliyi “Qalatasaray” yarımfinalda “Vakıfbank”la, “Rabitə” isə “Yamamay”la oynayacaq.

0
0