“İqtisadçı”dan “Azərreyl”ə ikinci zərbə - YENİLƏNİB
22.02.2013 - 21:09
“İqtisadçı”dan “Azərreyl”ə ikinci zərbə - YENİLƏNİB
Bu gün Azərbaycan Super Liqasında III dövrənin ilk turunun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, lider “Rabitə”nin istirahət etdiyi XV tura mərkəzi oyunla yekun vurulub.

Belə ki, günün mərkəzi oyununda çempionun ən yaxın izləyiciləri “İqtisadçı” “Azərreyl”lə üz-üzə gəlib. I turda olduğu kimi “tələbələr” yenə 3:1 hesabı ilə qalib gələrək, Alessandro Çiappinin yetirmələrini bu dəfə də xal üzünə həsrət qoyublar. Bu komandalar fevralın 28-də VIII turdan təxirə salınmış oyunda bir daha qarşılaşacaqlar.

*****

İlk “üçlüy”ə düşməyə çalışan “Lokomotiv” debütant “Telekom”la qarşılaşıb və gözlənilən qələbəni qazanıb. Düzdür, “dəmiryolçular” birinci və üçüncü hissələrdə rəqibin ciddi müqaviməti ilə qarşılaşıblar. Lakin təcrübəli voleybolçulardan qurulan “Lokomotiv” gənclərdən təşkil olunan “Telekom” qarşısında büdrəməyib və onları “quru hesabla” məğlub edib.

*****

“Bakı-Azəryol” isə “Lokomotiv”in ən yaxın izləyicisi kimi növbəti qələbəsini qazanıb. Onlar bu dəfə yarandığı 2 ildə hələ qələbə qazana bilməyən “Lokomotiv Biləcəri”dən üstün olublar.

Bu, Aleksandr Çervyakovun yetirmələrinə heç də çətin başa gəlməyib. İlk setdə uduzan “Bakı-Azəryol” ardınca 3 hissədə rəqibinə çətin anlar yaşadaraq, 3 xalını aktivinə yazıb.

*****

Beləliklə, XV turda yenə turnir cədvəlində hansısa dəyişiklik qeydə alınmayıb. “Rabitə” oynamasa belə ona çatan olmayıb. “Azərreyl”ə Çempionlar Liqasında İtaliya “Yamamay”ının ardından şok yaşadan “İqtisadçı” ikinci pillədəki yerini möhkəmlədib. “Lokomotiv” isə qələbə sayəsində 2 oyunu ehtiyatda olan və üçüncü yerdə qərarlaşan Alessandro Çiappinin yetirmələri ilə xal fərqini 2-yə endirib.


22 fevral
XV tur


“Lokomotiv” – “Telekom” - 3:0 (25:22, 25:20, 25:22)
Hakimlər: Zaur Hacıyev, Ceyhun İsmayılov
Xətt hakimləri: Emil Abdullayev, Səməndar Eyvazov, Yana Kuznetsova, VüqarMansimov
İlk oyun: “Lokomotiv” – “Telekom” - 3:0 (25:18, 25:17, 25:13)
İkinci oyun: “Telekom” – “Lokomotiv” - 0:3 (14:25, 16:25, 20:25)

“Bakı-Azəryol” – “Lokomotiv Biləcəri” - 3:1 (22:25; 25:14; 25:15; 25:19)
Hakimlər: Vüqar Cəfərov, Murad Abdurəhmanzadə
Xətt hakimləri: Fikrət Axundov, Dilqəm Qəhrəmanov, Fuad Əliyev, Cəlil Cəlilov
İlk oyun: “Bakı-Azəryol” – “Lokomotiv-Biləcəri” - 3:1 (25:21, 23:25, 25:19, 25:14)
İkinci oyun: “Lokomotiv Biləcəri” – “Bakı-Azəryol” - 0:3 (17:25, 13:25, 17:25)

“İqtisadçı” – “Azərreyl” - 3:1 (25:23, 22:25, 25:20, 25:15)
Hakimlər: Eldar Zülfüqarov, Konstantin Selin
Xətt hakimləri: Rüstəm Cəfərov, Fuad Ağayev, İftixar Abdullayev, Bayram Laçınov
İlk oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1 (26:24; 22:25; 27:25; 27:25)


1
Rabitə
12
10
2
33-11
1079-883
31
2
İqtisadçı
12
10
2
33-13
1086-922
29
3
Azərreyl
11
8
3
26-11
905-769
24
4
Lokomotiv
12
7
5
27-17
996-911
22
5
Bakı-Azəryol
13
6
7
22-25
1043-1047
17
6
Telekom
13
2
11
6-33
721-940
6
7
Lokomotiv Biləcəri
13
0
13
2-39
662-1020
0