Reqina Moroz: “Rabitə” ilə matçları müzakirə etmək istəməzdim
22.02.2013 - 11:36
Reqina Moroz: “Rabitə” ilə matçları müzakirə etmək istəməzdim
Kazan “Dinamo”sunun voleybolçusu Reqina Moroz Çempionlar Liqasının 1/3 final mərhələsində “Rabitə”yə məğlubiyyəti xatırlamaq istəmir. Apasport.az saytının məlumatına görə, 26 yaşlı təcrübəli blokçu yarışla vidalaşmaqlarını hələ də həzm edə bilmir.

Belə ki, klubunun rəsmi saytına müsahibə verən Moroz “Rabitə” ilə oyunları haqda sualdan qəzəblənib: “Elə bilirdim ki, azarkeşlər qarşısında məğlubiyyətə görə cavab verməli olacağam. “Rabitə” çox şeydə bizdən yaxşı idi. Əslində, mən Azərbaycan klubu ilə matçları heç müzakirə etmək istəməzdim. Axı, niyə köhnə yaranı təzələyəsən?”.

Qeyd edək ki, “Dinamo” ilə hər 2 matçda “Rabitə” 3:1 hesabı ilə qalib gələrək, “Dördlər finalı”na yüksəlib.