Cüdoçularımızın rəqibləri müəyyənləşdi
22.02.2013 - 22:24
Sabah Almaniyanın Düsseldorf şəhərində baş tutacaq Qran-pri turnirində iştirak edəcək cüdoçularının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda avstriyalı baş məşqçi Peter Zayzenbaherin yetirmələrindən 4-ü ikinci mərhələdən mübarizəyə qoşulacaq.
Belə ki, ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Orxan Səfərov ilk mərhələdə fransalı idmançı Sofian Milousla qarşılaşacaq. 90 kq-da çıxış edəcək Şəhməd Məhəmmədov hollandiyalı cüdoçu Noel Van Tendlə münasibətlərinə aydınlıq gətirəcək. Məmmədovla eyni çəkidə mübarizə aparacaq Şahin Qəhrəmanov isə ispaniyalı David Ruis Zayacla görüşəcək.
İkinci mərhələdən mübarizəyə qoşulacaq cüdoçularımız Tərlan Kərimov (66) Houcem Xalfaui (Tunis) - Bakdaulet Sabitov (Qazaxıstan) cütünün qalibi ilə yarışacaq. Rüstəm Alimli (81) almaniyalı Sven Mareşlə üz-üzə gələcək. Olimpiya çempionumuz Elnur Məmmədli (81) Adrian Nikolay Merc (Ruminya) - Tuvşinjarqal Qan (Monqolustan), Elxan Məmmədov isə Napoleon Martorelli (Venesuela) – Pərviz Sabirov (Tacikistan) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Nicat Şıxəlizadənin(66) adı püşkatmada müəyyən səbəblərə görə çıxmayıb.

0
0