Yığmamızın hücumçusu yenə qəhrəman rolunda
23.02.2013 - 10:26
Yığmamızın hücumçusu yenə qəhrəman rolunda
Qadın voleybolçular arasında Rusiya Superliqasının XVI turunda “Omiçka” – “Severstal” matçında Azərbaycan yığmasının hücumçusu Natalya Məmmədovanın topladığı xal açıqlanıb. Apasport.az saytının məlumatına görə, hücumçumuz 3:0 hesabı ilə qalib gəldikləri oyunda yenə qəhrəman rolunu oynayıb.

O, rəqibi 28 dəfə cəzalandırmaqla ən yaxın izləyicilərini 3 dəfəyə yaxın qabaqlayıb. Belə ki, komandasında ikinci ən çox xal toplayan Nelli Alişeva 10, rəqibin heyətində isə 3 voleybolçu hərəyə 8 dəqiq zərbə vurmağı bacarıb.