AFFA daha bir dünya çempionatını ölkəmizdə keçirmək istəyir
23.02.2013 - 18:53
AFFA daha bir mötəbər turnirə ev sahiblik etmək fikrindədir. Apasport.az saytının məlumatına görə, assossiyanın prezidenti Rövnəq Abdullayev 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsinin oyunlarını keçirmək istədiklərini bildirib.
Abdullayev bununla bağlı artıq ilk addımı atdıqlarını deyib: “Artıq biz U-20 FİFA dünya çempionatının 2017-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı müraciət etmişik. İndi FİFA-da buna baxılır. Tez bir zamanda nəticə əldə edəcəyik”.
Qeyd edək ki, ötən il 17 yaşadək (U-17) qızlar arasında dünya çempionatının final mərhələsini keçirən ölkəmiz 2016-cı ildə U-17 oğlanlar arasında Avropa çempionatının həlledici oyunlarına ev sahibliyi hüququ qazanıb. AFFA 2020-ci ildə əsas yığmalar arasında Avropa çempionatının final mərhələsinə də namizədliyini irəli sürüb.
Mehman SÜLEYMANOV

0
0