Rövnəq Abdullayev: “Kəpəz”də sponsor dəyişikliyi olacaq
23.02.2013 - 18:58
“Kəpəz” və “Turan”ın stadionlarında təmir işləri gedir. Bildiyiniz kimi, həmin arenalar pis vəziyyətdə idi. Biz bu problemin aradan qaldırması ilə bağlı qərar qəbul etdik və sağ olsun ki, klublar da bunu dəstəklədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev bu gün “Bakcell Arena”nın adının açılış mərasimində keçirilən brifinqdə deyib.
O, Gəncə və Tovuz stadionlarında ot örtüyünü dəyişdiklərindən “Kəpəz”lə “Turan” hələ ki ev oyunlarını Bakıda keçirdiyini bildirib. Abdullayev deyib ki, bu 2 klub bölgənin ən vacib klublarıdır və futbolun inkişafında böyük rol oynayırlar. O, Gəncə klubunda sponsor dəyişikliyinin olacağı ilə bağlı da maraqlı açıqlama verib: “Özü də yəqin ki, “Kəpəz”də sponsor dəyişikliyi olacaq. Yeni sponsorlar komandanı götürməyi arzu edib. Mən də buna etiraz etməmişəm. Biz Gəncə futbolunun inkişafını davam etdirməyə çalışacağıq. Bunun üçün işlər gedir”.
Görəsən, “Kəpəz”in sponsoru olan Naxçıcan Avtomobil Zavodu özü sponsorluqdan gedir? AFFA prezidenti buna belə aydınlıq gətirib: “Həmin qurumun rəhbəri belə fikir irəli sürüb ki, getmək istəyir. Deyəsən, futboldan çox, su idmanına meyl göstərir. Bu idman növü ilə məşğul olmaq istəyir. Yol açıqdır”.

0
0