Natalya Məmmədovanın komandasını məğlub edən çempion oldu
03.03.2013 - 01:10
Qadın voleybolçular arasından CEV kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, “Fənərbaxça” üzərində qalib gələn Polşanın “Bank Fakro” komandasıdır.
İlk oyunda evində İstanbul təmsilçisini 3:2 hesabı ilə məğlub edən polşalılar, cavab qarşılaşmasında da rəqibini eyni hesabla üstələyib - 2:3 (18:25, 25:19, 15:25, 25:22, 11:15).
Qeyd edək ki, “Bank Fakro” yarımfinalda Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Rusiya “Omiçka”sını mübarizədən kənarlaşdırmışdır. Omsk təmsilçisi həlledici oyuna gedən yolda evdə 2:3 hesabı ilə uduzduqları rəqiblərinə cavab qarşılaşmasında 0:3 (22:25, 19:25, 17:25) hesabı ilə məğlub olublar.
“Fənərbaxça” isə Rusiyanın digər komandası “Uralokça” üzərində qalib gələrək finala vəsiqə qazanmışdır.

0
0