“Rabitə”nin rəqibindən növbəti qələbə
04.03.2013 - 09:34
“Rabitə”nin rəqibindən növbəti qələbə
Qadın voleybolçular arasında İtaliya A seriyasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Rabitə”nin Çempionlar Liqasının yarımfinaldakı rəqibi “Yamamay” “Torino”nu qəbul edib. Oyun Busto Arsizo təmsilçisinin 3:1 (25:14, 28:30, 25:17, 25:17) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qələbə sayəsində xalını 37-yə çatdıran “Yamamay” liderliyini davam etdirir.