Yekaterina Qamova: “Rabitə” finalda oynayacaq
04.03.2013 - 10:39
“Fikrimcə, Çempionlar Liqasının finalında “Vakıfbank”la “Rabitə” oynayacaq. Çünki bakılıların çox güclü komandası, istanbulluların çox gözəl, taktikalı baş məşqçisi var”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya voleybolunun ulduzu Yekaterina Qamova deyib.
Kazan “Dinamo”sunun şərəfini qoruyan hücumçu Çempionlar Liqasının “Dördlər finalı” ilə bağlı proqnozunu açıqlayıb. Qamova bildirib ki, “Yamamay”la “Qalatasaray”ı finalda görmür: “Sadaladığım məqamlara görə məhz “Rabitə” və “Vakıfbank” qalibin adını müəyyənləşdirəcək”.
Ötən həftə “Dinamo” ilə müqaviləsini yeniləyən voleybolçu Azərbaycandan təklif aldığını bir daha təsdiqləyib: “Mənim Türkiyə və Azərbaycandan variantlarım vardı. Ancaq Moskva “Dinamo”sunun rəsmisi Vladimir Ziniçevin həmin təklifləri ictimaiyyətə açıqlamasını mən elə də başa düşmədim”.
Qeyd edək ki, Çempionlar Liqasının qalibi olmaq arzusu ilə yaşayan Qamovanın cari mövsümdə “Dördlər finalı”na yüksəlməsinə “Rabitə” imkan vermədi.

0
0