Gözde Sonsırma: “Rabitə” bizi çətin vəziyyətə sala bilər
04.03.2013 - 11:26
“Çempionlar Liqasının qalib olacağına inanıram. Lakin “Dördlər finalı”nda hər 4 komandanın eyni şansı var”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin voleybolçusu Gözde Sonsırma deyib.
“Vakıfbank”ın şərəfini qoruyan təcrübəli oyunçu Çempionlar Liqasının həlledici mərhələsini şərh edib.
2011-ci ildə analoji yarışın finalında “Rabitə”yə 3:0 hesabı ilə qalib gəldiklərini oyunu xatırlayan Sonsırma həmin il klublararası dünya çempionatında eyni hesabla uduzduqlarını matçı yada salmayıb. Maraqlıdır ki, Gözde qızıl medalı qazanacaqlarına inandığını desə də, ehtiyatı da əldən verməyib: “2010-2011 mövsümündə “Rabitə”yə 3:0 hesabı ilə qalib gəlmişdik. İndi onlara əlavə olaraq, “Qalatasaray” və “Yamamay” da var. Kimsə “Vakıfbank”ı fovarit görməsin. Bu klublar bizi çətin vəziyyətə sala bilərlər”.
Qeyd edək ki, bir çox mütəxəssislər martın 9-10-da İstanbulda olacaq “Dördlər finalı”nın favoriti kimi “Rabitə” və “Vakıfbank”ı görürlər.

0
0