“Rabitə” “Dördlər finalı”nın qalibi olmaq iqtidarındadır” - FOTO
04.03.2013 - 15:13
“Rabitə” “Dördlər finalı”nın qalibi olmaq iqtidarındadır” - FOTO
“Rabitə” yüksək hədəfləri olan iddialı bir komandadır. Həm də istəyimizə çatmaq üçün hansısa çətinliyimiz yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Madeleyne Montano deyib.

Kolumbiyalı hücumçu komandasının “Dördlər finalı” barədə fikirlərini açıqlayıb. Montano bildirib ki, çempion olmaq üçün bütün güclərini ortaya qoyacaqlar: “Fikrimcə, komandamız “Dördlər finalı”nın qalibi olmaq iqtidarındadır. Buna baxmayaraq, hər şey meydanda həll olunacaq”.

Qeyd edək ki, “Dördlər finalı” martın 9-10-da İstanbulda olacaq.