“Rabitə” “Dördlər finalı”na yollanır
04.03.2013 - 15:27
“Rabitə” “Dördlər finalı”na yollanır
Azərbaycan çempionu “Rabitə” sabah Bakını tərk edəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Çempionlar Liqasının “Dördlər finalı”nda qüvvəsini sınamaq üçün həlledici mərhələnin keçiriləcəyi İstanbula yollanacaq.

Komandamızın səfərə tez getməsində məqsəd Türkiyədə matçların baş tutacağı məkana və ab-hava uyğunlaşmaqdır. “Rabitə” martın 6-dan qonşu ölkədə hazırlığın son mərhələsinə start verəcək.

Qeyd edək ki, “Dördlər finalı” martın 9-10-da Burhan Fələk Salonunda olacaq və Bakı klubunun yarımfinalındakı rəqibi “Yamamay”dır.