“Yamamay” “Rabitə” ilə oyunun hazırlıqlarına başladı
04.03.2013 - 15:58
“Yamamay” “Rabitə” ilə oyunun hazırlıqlarına başladı
“Rabitə”nin Çempionlar Liqasının yarımfinalında rəqibi olan İtaliyanın “Yamamay” “Dördlər finalı”na hazırlıq proqramını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu gündən təlim-məşq toplanışına yığışan Busto Arsizio təmsilçisi ilk 3 günü doğma məkanda hazırlıq keçəcək.

Martın 7-də yarışın keçiriləcəyi İstanbul şəhərinə yollanacaq “Yamamay” elə həmin Türkiyədə ilk məşqinə çıxacaq. Apennililər yerli Voleybol Federasiyasının idman salonunda “Rabitə” ilə oyuna hazırlıq keçəcək.

Qeyd edək ki, “Rabitə” – “Yamamay” oyunu martın 9-da olacaq.