“Uraloçka”nın Bakıda ilk qələbəsi
05.03.2013 - 09:04
“Uraloçka”nın Bakıda ilk qələbəsi
Bakıda təlim-məşq toplanışında olan “Uraloçka” ilk yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisi “Bakı-Azəryol”la qarşılaşıb. Oyun 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qeyd edək ki, “Uraloçka” Bakıda daha bir neçə görüş keçirməyi planlaşdırır. Onların “Azərreyl”lə də qarşılaşacağı istisna deyil.