Terim Azərbaycan çempionunu izləyəcəyinə söz verdi
05.03.2013 - 09:19
“Qalatasaray”ın baş məşqçisi Fateh Terim “Rabitə”nin də qatılacağı Çempionlar Liqasının “Dördlər finalı”nı izləyəcək. Apasport.az saytının məlumatına görə, əfsanəvi türkiyəli məşqçi İstanbulda təşkil olunacaq həlledici mərhələnin matçlarına canlı baxmaq üçün arenaya gələcək.
Yarışa ev sahibliyini “Qalatasaray” edəcəyindən Terim buna biganə qalmayıb. O, “Dördlər finalı” öncəsi voleybol klubunun rəsmiləri və məşqçilər korpusu ilə görüşüb. “İmperator” “sarı-qırmızılar”ı çalışdıran italiyalı Massimo Barbolinini voleybol dünyasında özünü təsdiqləmiş bir məşqçi olduğunu bildirib: “O, dünyada tanınan çox önəmli isimdir. “Qalatasaray”la yanaşı, “ay-ulduzlular”ın da çıxışına cavabdehdir. Qızlarımıza da güvənirəm. İnşallah, “Dördlər finalı”nda onları dəstəkləmək üçün gələcəm. Komandamıza uğurlar arzulayıram və Allahın köməyi ilə turnirin qalibi olarlar”.
Qeyd edək ki, “Dördlər finalı” martın 9-10-da Burhan Bələk Salonunda keçiriləcək. Azərbaycan çempionu “Rabitə” yarımfinalda İtaliya “Yamamay”ı ilə qarşılaşacaq.

0
0