Abbondanza və Qoluboviç İstanbulda jurnalistlər qarşısına çıxacaq
06.03.2013 - 09:59
İstanbulda baş tutacaq “Dördlər finalı” öncəsi keçiriləcək mətbuat konfransının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer iştirakçı komandaların təmsilçiləri ilə birgə KİV nümayəndələri qarşısına çıxacaq.
Bu, martın 8-də Bakı vaxtı ilə saat 22:00-da olacaq. Mətbuat konfransında təşkilatçı “Qalatasaray”, Türkiyənin digər təmsilçisi “Vakıfbank”, Azərbaycanın “Rabitə” və İtaliyanın “Yamamay” klubunun baş məşqçiləri və kapitanları iştirak edəcək. Bu isə o deməkdir ki, Bakı təmsilçisindən Marçello Abbondanza və Mira Qoluboviç komandanın son hazırlığı və yarışda iddiaları barədə danışacaq.
Qeyd edək ki, martın 9-da start götürəcək ilk yarımfinalda “Rabitə” “Yamamay”ı sınağa çəkəcək.

0
0