“Rabitə”nin Çempionlar Liqasının qalibi olmasına az qalıb” - MÜSAHİBƏ
06.03.2013 - 13:40
“Rabitə”nin voleybolçusu Madeleyne Montananın apasport.az saytına müsahibəsi
- İstanbulda keçiriləcək “Dördlər finalı”na 3 gün qalıb. Hazırlığınız nə yerdədir?
- Fikrimcə, “Rabitə” həlledici mərhələyə hazırdır. Biz etməli olduğumuz hər şeyi yerinə yetiririk. Komandamız hərtərəfli şəkildə oyunlara köklənib. Çalışmalarımız yüksək səviyyədə gedir. Ümid edirəm ki, “Rabitə” arxasınca getdiyi hədəfə yaxınlaşır.
- Komandanız Çempionlar Liqasında debüt ilindəcə gümüş medal qazanıb. Onda bu dəfə çempion kimi Bakıya qayıtmalısız...
- Təbii ki, hər komandanın, hər voleybolçunun hədəfi var. Bizdə də sözsüz ki, bir istək var. O da Çempionlar Liqasının qalibi olmaqdır. Düşünürəm ki, bu uğura imza atmaq üçün elə də çox məsafə qalmayıb.
- Rəqibləriniz barədə nə düşünürsüz?
- “Dördlər finalı” fərqli mərhələdir. Orada zəif rəqib belə çox güclü ola bilir. Düzdür, zəif rəqib bu mərhələyə çıxmır. Ona görə də hamısının gücünü eyni sayır, şansları bərabər qiymətləndirirəm.
- Siz az öncə bildirmişdiz ki, Cənubi Koreya çempionatında qazandığınız qızıl medallar karyeranızda ən uğurlu tituldur. Çempionlar Liqasının qalibi olsaz, bu, karyeranızda hansı yeri tutacaq?
- Çempionlar Liqasını qazanmaq hər bir oyunçunun karyerasında ola biləcək ən böyük uğurdur. Mən də həmin titula sahib olsam, çox sevinərəm. Çünki bu həqiqətən də hansısa yarışla müqayisə oluna bilməyəcək qədər möhtəşəm bir turnirdir. Amma yenə də təkrar edirəm ki, Cənubi Koreya çempionatının həyatımda öz xüsusi yeri var. Çünki orada oynayana kimi elə bir çempionat yox idi ki, həmin yarışda özümü göstərim və səviyyəmi qaldıram. Cənubi Koreya birinciliyində kifayət qədər irəliləyişə nail oldum, ardınca Avropaya gəldim. Ona görə də həmin çempionatda qazandığım medallar mənim üçün önəmli olaraq qalacaq.
- Çempionlar Liqasında statistikaya görə bombardirlər yarışında üçüncüsüz. Sizi qabaqlayan Yekaterina Qamova (“Dinamo”, Kazan) ilə Neslihan Darnel (“Əczaçıbaşı”) artıq turnirdə çıxışını dayandırıblar. Bu sizi ən sərrast voleybolçu olmağa şanslı edirmi?
- Mən yalan danışmayacam və nəyisə gizlətməyəcəm. Bu, həqiqətən də mənim qazanmaq istədiyim fərdi mükafatlardan biridir. Çünki hələlik qısa karyeram boyu çoxlu yeniliklər etmişəm, bu səviyyəyə gəlmək üçün çətin yollar keçmişəm və bir sıra nailiyyətlərim olub. Amma İstanbulda da bu mükafatı qazanmaqla kolleksiyamı artırmaq istəyirəm.
- Belə çıxır ki, azarkeşlər sizdən həm fərdi mükafat, həm də çempionluq gözləyəcək. Onlara sözünüz nədir?
- Bütün azarkeşlərimizin bizi sona kimi dəstəkləmələrini istərdim. Bu mərhələyə kimi bizlə olaraq, qələbələrimizdə böyük pay sahibidirlər. Mən tək “Rabitə” azarkeşlərinin deyil, bütün Azərbaycan xalqının bizi dəstəkləməsini arzulayıram. Bu hər birimizi çox sevindirərdi. Çünki nəticədə biz tək “Rabitə”ni deyil, bütün Azərbaycanı təmsil edirik. Bu amil isə bizim üçün çox önəmlidir.

0
0