Ağayeva “21” qazandı
06.03.2013 - 15:50
Ağayeva “21” qazandı
Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Hyundai” “Heunqkuk”un qonağı olub.

Matç təmsilçimizin komandasının 3:0 (25:18, 25:20, 25:17) hesablı qələbəsi ilə başa çatıb. Yana bu dəfə komandasına 21 xal qazandırıb.

Qeyd edək ki, XXVIII turdan sonra aktivindəki xalını 49-a çatdırıb və 3-cü pillədəki yerini qoruyub.