“Uraloçka” “Azərreyl”ə də qalib gəldi
06.03.2013 - 16:52
“Uraloçka” “Azərreyl”ə də qalib gəldi
Rusiyanın “Uraloçka” voleybol klubu Bakıda hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, canlı əfsanə Nikolay Karpolun çalışdırdığı komanda təlim-məşq toplanışı çərçivəsində yoxlama matçlarında da gücünü sınayır.

Belə ki, ilk qarşılaşmada “Bakı-Azəryol”a 4:1 hesabı ilə qalib gələn qonaqlar ikinci görüşdə “Azərreyl”lə üz-üzə gəliblər. Nəticə bu dəfə də “Uraloçka”nın xeyrinə olub – 3:2.

Ruslar növbəti matçında “İqtisadçı” ilə oynayacaqlar. Bu gün olacaq görüş Voleybol Mərkəzində keçiriləcək.