“İqtisadçı” da “Uraloçka” ilə bacarmadı
07.03.2013 - 09:15
“İqtisadçı” da “Uraloçka” ilə bacarmadı
Bakıda hazırlıq keçən “Uraloçka” 3-cü yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisi bu dəfə “İqtisadçı”nın gücünü yoxlayıb. Şimal qonşularımız yenə meydandan qalib ayrılıblar – 3:1.

Qeyd edək ki, “Uraloçka” “İqtisadçı”dan öncə “Bakı-Azəryol”a 4:1, “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəlib.