Karlo Parisi “Rabitə”ni “Yamamay”dan güclü sayır
07.03.2013 - 09:37
Karlo Parisi “Rabitə”ni “Yamamay”dan güclü sayır
“İstanbula istirahət üçün getmirik. Bizim itiriləcək bir şeyimiz yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” klubunun baş məşqçisi Karlo Parisi deyib.

Təcrübəli mütəxəssis İstanbulda keçiriləcək “Dördlər finalı” öncəsi hədəflərini açıqlayıb. Martın 9-da keçiriləcək yarımfinalda “Rabitə”nin rəqibi olacaq İtaliya çempionunun çalışdırıcısı bildirib ki, yetirmələrindən yaxşı oyun gözləyir: “Rabitə” böyük ehtimalla bizdən güclüdür. Amma komandamız onlarla ən yaxşı oyununu oynamaq istəyir. Bu mövsüm gözəl çıxışımızı hamı gördü”.

Qeyd edək ki, Çempionlar Liqasının qalibi martın 10-da bilinəcək.