Culiya Leonardi: “Rabitə”nin çox güclü olduğunu bilirik
07.03.2013 - 10:05
Culiya Leonardi: “Rabitə”nin çox güclü olduğunu bilirik
“Hər birimiz yarışa tam hazırıq. Çempionlar Liqasında “Dördlər finalı”nda ilk dəfə oynayacağımızdan çox həyəcanlıyıq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanaın “Yamamay” klubunun voleybolçusu Culiya Leonardi deyib.

Təcrübəli libero martın 9-10-da İstanbulda keçiriləcək “Dördlər finalı” öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, yarımfinalda qarşılaşamacaqları Azərbaycan çempionu ilə matç gərgin alınacaq: “Rabitə”nin çox güclü olduğunu bilirik. Amma İtaliya çempionatının hesabat turundakı oyunda göstərdiyimiz enerji və tempi ortaya qoymaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Yamamay” A seriyasının hesab turunda “Torino”ya 3:1 hesabı ilə qalib gəlib.