Foluke Akinradevo: Məqsədə çatmaq vaxtıdır – MÜSAHİBƏ
07.03.2013 - 10:57
“Rabitə”nin voleybolçusu Foluke Akinradevonun apasport.az saytına müsahibəsi
- “Rabitə”ni “Dördlər finalı”na hazır saymaq olarmı?
- Hər birimiz yüksək səviyyədə hazırlığa köklənmişik. Bu mövsüm Çempionlar Liqası boyunca nəyi etmişiksə, onu da davam etdirməyə çalışacağıq. Sadəcə, bu dəfə həlledici mərhələ olacağından bir az daha məsuliyyətli yanaşmalıyıq. Rəqiblərimizin oyunların videoyazısını izləyir, harada necə oynayacağımızı müəyyənləşdiririk. Matçlara çox yaxşı hazırlaşırıq, hər şey yüksək səviyyədədir.
- Həlledici mərhələdə qələbə seriyanızı davam etdirmək çətin olmayacaq ki?
- Çempionlar Liqasında mübarizəyə “Dördlər finalı”na çatmaq üçün deyil, onu udmaq parolu ilə başlamışıq. Ona addım-addım yaxınlaşdıq. Düşünürəm ki, artıq məqsədə çatmağın vaxtıdır.
- Rəqiblərinizin gücü barədə nə deyə bilərsiz?
- Burada hər bir komanda çox güclüdür. Çünki “Dördlər finalı”na yüksəliblərsə, bu o deməkdir ki, böyük bir yol qət ediblər. Düşünürəm ki, İstanbulda qüvvəsini sınayacaq hər klub tam fərqli olacaq.
- İstanbulda qazanacağınız uğur klub karyeranızda ilk çempionluq ola bilər. Çünki ABŞ millisi ilə müxtəlif yarışların qalibi olsaz da, “Rabitə” ilə klublararası dünya çempionatının finalında oynadız. Bu dəfə isə Çempionlar Liqasında medallara doğru addımlayırsız...
- Mən Çempionlar Liqasının “Dördlər finalı”nda oynayacağım üçün çox sevinirəm. Düzdür, karyeram hələlik qısadır. Lakin Çempionlar Liqasında ilk ilimdəcə bu nəticəyə imza atmaq xoşbəxtlikdir. Komandamın istəyi böyükdür. Çünki “Rabitə”yə diqqət olmasaydı, biz də həlledici mərhələdə oynaya bilməzdik. İndi çempionluğumuzu rəsmiləşdirmək qalır.
- Belə möhtəşəm yarışın həlledici mərhələsində oynamaq təəssüratı necədir?
- Həqiqətən sevinirəm, əlimdən gələni edəcəyəm. Doğurdan da çox həyəcanlıyam.
- Azarkeşlərinizə demək istədiyiniz nəsə varmı?
- Bəli, biz onların ümidlərini doğrultmağa, Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Bizim Çempionlar Liqasında qələbələri sıralamalarımızda onlar pay sahibləridir. İstərdim ki, bütün Azərbaycan voleybolsevərləri “Rabitə” üçün birləşsin və bizi dəstəkləsin. Komandamız da öz növbəsində onlara qələbə sevinci bəxş etmək üçün oyunlara çıxacaq.

0
0