Natalya Məmmədova üçün tort və musiqi nömrələri - FOTOSESSİYA
07.03.2013 - 12:15
Natalya Məmmədova üçün tort və musiqi nömrələri - FOTOSESSİYA
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova gözlənilməz sürprizlə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, hücumçumuzun şərəfini qoruduğu “Omiçka” klubu 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə komandanın kişi azarkeşlərindən özünəməxsus diqqət görüb.

Belə ki, uzun illərdir omsklu qızları dəstəkləyən fanatlar komandanın ev oyunlarını keçirdiyi Viktor Blinovun adına İdman-Konsert Kompleksinə gələrək, üzərində klubun rəmzi olan tortu verərək, bir neçə musiqili nömrə ilə çıxış ediblər. Bununla kifayətlənməyən oğlanlar “Omiçka” ilə voleybol da oynayıblar. Əsas heyət oyunçuları arasında Superliqanın bombaridiri Məmmədova da yer alıb. Yoldaşlıq matçının hakimi isə komandanın kapitanı Yelena Yuryeva olub. 25:9 hesabı ilə qalib gələn qızlar oğlanlarla növbəti görüşünü 1 aprel – Gülüş Günündə keçirəcəklər.