“İqtisadçı” yenə təəccübləndirdi
07.03.2013 - 13:54
“İqtisadçı” yenə təəccübləndirdi
“İqtisadçı” növbəti dəfə gözlənilməz addımla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, universitet komandası mövsümün gedişində 31 yaşlı təcrübəli voleybolçularından biri, daha dəqiqi rusiyalı Nadejda Sakla müqaviləyə xitam verib.

Buna səbəb Lauren Paoliniyə az öncə “tələbə bileti”nin verilməsidir. Belə ki, amerikalı məhz Sakın mövqeyində oynadığından CEV kubokunda “Omiçka” ilə oyun ərəfəsində Rusiya klubundan transfer edilən oyunçuya “yaxşı yol” deyilib.

Qeyd edək ki, “İqtisadçı” komanda turnir cədvəlinə başçılıq etdiyi vaxt baş məşqçi Bülənt Karslıoğlunu Kiattiponq Radçataqriaqkra ilə əvəzləmişdi.