“Rabitə”yə uduzub, “Vakıfbank”ı güclü saydı - FOTO
07.03.2013 - 14:55
“Qalatasaray”ın voleybolçusu Səlimə İlyasoğlu “Dördlər finalı”nda mübarizə aparacaq komandaların şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, bir gün öncə “Rabitə”yə uduzan İstanbul klubunun oyunçusu iddialı danışıb.
O, Azərbaycan çempionuna 1:3 hesablı məğlub olmalarına baxmayaraq bildirib ki, yarımfinalda “Vakıfbank”ı keçsələr çempion olacaqlar: “Ən güclü rəqib məhz onlardır. “Yamamay”la müqayisədə özümü güclü sayıram. “Rabitə”də tanınmış adlar var və komanda kimi gözəl oynayırlar. Lakin onları yenə də özümüzə rəqib görmürəm. Ən vacib rəqibimiz “Vakıfbank”dır və ilk matçda onlarla oynayacağıq. Əgər onları keçə bilsək, önümüzdə əngəl olmayacağını düşünürəm”.
Qeyd edək ki, martın 9-10-da keçiriləcək “Dördlər finalı”na “Qalatasaray” ev sahibliyi edir.

0
0