Marçello Abbondanza: Burada olduğumuz üçün çox qürurluyuq
08.03.2013 - 20:47
“İstanbulda olduğumuz üçün çox xoşbəxt və qürurluyuq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Marçello Abbondanza deyib.
İtaliyalı mütəxəssis bu gün Çempionlar Liqasının “Dördlər finalı” öncəsi fikrilərini açıqlayıb. O, Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Mayer, 4 komandanın baş məşqçiləri və kapitanlarının iştirakı ilə baş tutan mətbuat konfransında hədəfləri barədə danışıb: “Çox vacib bir yarışdır, güclü klublar mübarizə aparacaqlar. Fikrimcə, oyunlar gərgin keçəcək. Amma biz görüşlərə tam hazırıq”.
Qeyd edək ki, “Dördlər finalı” sabah start götürəcək. Yarışa “Rabitə” ilə yanaşı, “Yamamay” (İtaliya), “Qalatasaray” və “Vakıfbank” (hər ikisi Türkiyə) qatılacaq. Bakı təmsilçisi yarımfinalda A seriyasının qalibi ilə oynayacaq.

0
0