“Qələbə seriyamızı İstanbulda da davam etdirmək istəyirik”
08.03.2013 - 21:16
“Avqustdan indiyə kimi bunun üçün çalışırıq. Əsas məqsədimiz “Dördlər finalı”nda uğur qazanmaqdır”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Mira Qoluboviç deyib.
Təcrübəli kapitan sabah İstanbulda start götürəcək “Dördlər finalı” öncəsi hədəflərini açıqlayıb. O bildirib ki, bu mərhələyə gəldikləri üçün xoşbəxtdirlər və bu uğuru sona kimi davam etdirməyi planlaşdırırlar: “Çempionlar Liqasının qalibi olmaq istəyirik. Yarımfinala kimi bütün oyunlarımızı əla keçirdik, hər birini qələbə ilə başa vurduq. İstanbulda da uğurlu seriyamızı davam etdirmək məqsədimizdir. Burada komandaların güclü olduğunu bilirik. Lakin ən yaxşı oyunumuzu göstərərək, hədəfimizə çatmaq üçün gücümüz var”.
Qeyd edək ki, “Rabitə” sabah yarımfinalda “Yamamay”la oynayacaq.

0
0