“Rabitə”dən yeni rekord
09.03.2013 - 00:00
“Rabitə” Azərbaycan voleybol tarixində növbəti rekordunu gerçəkləşdirir. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bu gün start götürəcək Çempionlar Liqasının “Dördlər final”ında ikinci dəfə çıxış etməklə, bu nailiyyətə imza atan ilk klubumuz olacaq.
Belə ki, bunadək qitənin ən güclü 4 komandası sırasına yüksələn “Rabitə” və “Azərreyl” hərəyə 1 dəfə ən nüfuzlu yarışın iştirakçısı olmuşdu. İkinci dəfə bunu bacarmaqla, çempionumuz həmyerlilərini arxada qoydu.
Ümumilikdə isə bu, komandalarımızın iştirakı ilə üçüncü “Dördlər finalı”dır. “Azərreyl” 2003/2004, “Rabitə” isə 2010/2011 mövsümündə bunu bacarmışdı. “Dəmiryolçular” hər 2 oyunda uduzmaqla, 4-cü olmuşdusa, çempionumuz yalnız finalda məğlub olmaqla qitənin ikincisi adını qazanmışdı. “Azərreyl” həlledici mərhələni Tenerifedə keçirdiyi halda, “Rabitə” yenə də İstanbulda oynayacaq.
2003/2004 mövsümü, İspaniya (Tenerife)
Yarımfinal
20 mart, 2004
“Azərreyl” – “Tenerife” (İspaniya) - 0:3 (16:25, 24:26, 20:25)
Üçüncü yer uğrunda
21 mart
“Azərreyl” – “Kann” (Fransa) – 1:3 (26:24, 23:25, 26:28, 18:25)
2010/2011 mövsümü, Türkiyə (İstanbul)
Yarımfinal
19 mart, 2011
“Rabitə” – “Skavolini” (İtaliya) – 3:1 (25:23, 25:16, 13:25, 25:14)
20 mart, 2011
Final
“Vakıfbank TTelekom” (Türkiyə) – “Rabitə” – 3:0 (25:13, 25:20, 25:18)

0
0