“Rabitə” Avropanın güclü liqalarından birini təmsil edir”
09.03.2013 - 14:50
“Rabitə” Avropanın güclü liqalarından birini təmsil edir”
“Mən fəxr edirəm ki, komandamız “Dördlər finalı”nda oynayacaq. Yarımfinalda çox çətin rəqibimiz olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin “Vakıfbank” voleybol klubunun baş məşqçisi Covanni Qidetti deyib. İtaliyalı mütəxəssis bu gün İstanbulda start veriləcək “Dördlər finalı” öncəsi fikirlərini açıqlayıb.

Onun sözlərinə görə, yarımfinalçılardan olan “Rabitə”nin çıxış etdiyi Azərbaycan Superliqası Avropanın güclü liqalarından biridir: “Hesab edirəm ki, bu il iştirakçıların tərkibi bir neçə il əvvəllə müqayisədə güclüdür. Fikrimcə, hər 4 komanda Avropanın güclü liqalarını təmsil edir”.

Qeyd edək ki, “Rabitə” bu gün İtaliyanın “Yamamay”, “Vakıfbank” isə turnirin ev sahibi olan “Qalatasaray”la üzləşəcək.