Jan de Brandt: Finala “Rabitə” və “Vakıfbank” yüksələcək
09.03.2013 - 15:25
“Dördlər finalı” öncəsi proqnoz vermək çətindir. Amma “Rabitə”nin məğlubiyyətsiz yarımfinala yüksəlməsi onların güclü olmasından xəbər verir”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında “İqtisadçı”nın sabiq baş məşqçisi Jan de Brandt deyub.
Təcrübəli belçikalı məşqçi İstanbulda bu gün start götürəcək həlledici mərhələ öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, “Rabitə” – “Yamamay” oyunu çox gərgin keçəcək: “Bu qarşılaşma hər iki komanda üçün çox çətin olacaq. Çünki qalib gələcək klub ən azı özü üçün bürünc medalı təmin edəcək. Lakin mənə elə gəlir ki, “Rabitə” “Yamamay”ı keçəcək. Onların finaldakı rəqibi isə çox güman “Vakıfbank” olacaq”.
Brandtın sözlərinə görə, “Qalatasaray” və “Yamamay” proqnozlarını alt-üst də edə bilər: “Çünki onlardan birincisində məşhur simalar toplaşıb və təşkilatçıdırlar. Türkiyə azarkeşləri onlarla yanaşı, “Vakıfbank”a da müəyyən mənada dəstək olacaqlar. “Yamamay” isə İtaliya çempionudur və onlar da asan rəqib deyillər”.
Qeyd edək ki, “Rabitə” – “Yamamay” matçının ardınca “Qalatasaray” – “Vakıfbank” oyunu başlayacaq.

0
0