Foluke Akinradevo: Finala yüksəlməyi haqq etdik
09.03.2013 - 19:03
Foluke Akinradevo: Finala yüksəlməyi haqq etdik
“Biz ilk 2 setdən sonra konsentransiyanı itirsək də, sonda finala yüksəlməyi haqq etdik”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında “Rabitə”nin voleybolçusu Foluke Akinradevo deyib.

Amerikalı blokçu “Dördlər finalı”nda “Yamamay”a 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: “Oyun gərgin alındı. İlk 2 setdə tam üstünlüyümüzü ortaya qoya bildik. Lakin sonradan üstünlük rəqibə keçdi. Buna baxmayaraq, həlledici hissədə özümüzü toparlayaraq, layiq olduğumuzu qələbəni qazandı. Fikrimcə, tay-brekdə əsl oyunumuzu göstərdik”.

Akinradevo bildirib ki, finalda onlar üçün rəqibin fərqi yoxdur: “Qalatasaray” və ya “Vakıfbank”la qarşılaşmaq bizim üçün fərq etməz. Məqsədimiz çempionluqdur. Sabah baş tutacaq həlledici oyun barədə yalnız möhtəşəm final olacaq deyə bilərəm”.

Qeyd edək ki, “Qalatasaray” – “Vakıfbank” cütünün qalibi sabah “Rabitə” ilə oynayacaq.