“Bizim üçün finalda rəqibin kimliyinin fərqi yoxdur”
09.03.2013 - 19:14
“Matçın çətin keçəcəyini bilirdik. Rəqib 2-ci setdən sonra təşəbbüsü ələ aldı”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında “Rabitə”nin voleybolçusu Madeleyne Montano deyib.
Təcrübəli hücumçu Çempionlar Liqasının yarımfinalında “Yamamay”a 3:2 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib. Montanonın sözlərinə görə, yekunda səhvsiz oynamaları finala yüksəlmələri ilə nəticələnib: “Üçüncü və dördüncü setləri necə uduzduğumuzu şərh etmək çətindir. Lakin əsas odur ki, sonda rəqibdən güclü olduğumuzu sübut edərək, inamlı oyunla finala yüksəldik. Burada isə rəqibin kimliyinin fərqi yoxdur. Əsas odur ki, meydana çıxıb öz oyunumuzu göstərək”.
Qeyd edək ki, “Rabitə”nin finalda rəqibi “Qalatasaray” – “Vakıfbank” cütünün güclüsü olacaq.

0
0