Kapitan təəssüfü: Həlledici setə çox ümidlə baxırdıq
09.03.2013 - 19:37
Kapitan təəssüfü: Həlledici setə çox ümidlə baxırdıq
“İlk 2 seti uduzduqdan sonra bizə çətin idi. Lakin hesabı bərabərləşdirdikdən sonra həlledici setə çox ümidlə baxırdıq”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına İtaliyanın “Yamamay” klubunun voleybolçusu Kristina Bauer deyib.

Komandasının kapitanı Çempionlar Liqasının yarımfinalında “Rabitə”yə 2:3 hesablı məğlubiyyətə münasibət bildirib: “Təəssüf ki, son setdə istədiyimiz oyunu göstərə bilmədik. Burada “Rabitə”nin güclü oyunçularının olması öz sözünü dedi. Xüsusilə də Madeleyne Montano. Yəni onlar var gücü ilə oynayaraq, finala layiqli qələbə ilə yüksəldilər. Bunun üçün “Rabitə”ni təbrik edirəm”.