“Hamımız qələbəyə inanırdıq”
09.03.2013 - 19:58
“Hamımız qələbəyə inanırdıq”
“Yarışa ötən ilin avqustundan hazırlaşmağa başlamışıq. Bu gün isə finala yüksəldik. Hamınızı, komandamı layiqli qələbə münasibəti ilə təbrik edirəm”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında “Rabitə”nin baş məşqçisi Marçello Abbondanza deyib.


İtaliyalı mütəxəssis Çempionlar Liqasının yarımfinalında “Yamamay”a qalib gələrək (3:2), finala yüksəldikləri üçün xoşbəxt olduqlarını deyib: “Düzdür, 3-cü və 4-cü seti pis keçirdik. Oyunumuzun tempi aşağı düşmüşdü. Lakin rəqib hesabı bərabərləşdirsə də, hamımız qələbəmizə inanırdıq. Həlledici – beşinci hissədə bunu ortaya qoyduq. Komandam necə özünü ələ almaq barədə düşündü və “Raqbitə”ni finala daşıdı. Son matçda isə bizə rəqibin fərqi yoxdur”.