Karlo Parisi: “Rabitə” ilə oyunun axarını dəyişsək də...
09.03.2013 - 20:05
Karlo Parisi: “Rabitə” ilə oyunun axarını dəyişsək də...
“Rabitə”ni təbrik edirəm. Çünki onlar bu gün çox möhtəşəm oyun nümayiş etdirdilər”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında İtaliyanın “Yamamay” voleybol klubunun baş məşqçisi Karlo Parisi deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının yarımfinalında 2:3 hesabı ilə “Rabitə”yə uduzduqları oyun barədə fikirlərini açıqlayıb. O bildirib ki, əzmkarlıq nümayiş etdirsələr də, sonda məğlubiyyətdən qaçmaq mümkün olmayıb: “Oyunun əvvəlində çox böyük çətinliyimiz oldu. Özümüzü toparlaya bilmirdik. Sadəcə oyunumuzda qeyri-müəyyənlik vardı. Lakin 3-cü və 4-cü hissələrdə özümüzü ələ ala bildik. Oyunun axarını dəyişdik. Təəssüf ki, bu əzmkarlığa baxmayaraq, yekunda uduzduq”.