43 dəqiq zərbə
09.03.2013 - 20:12
43 dəqiq zərbə
Çempionlar Liqasının İstanbulda keçirilən yarımfinal mərhələsində “Rabitə” (Azərbaycan) - “Yamamay” (İtaliya) matçının qəhrəmanının adı məlum olub. Apasport.az saytının məlumatına görə, paytaxt klubu 3:2 hesabı ilə qələbə qazanaraq, finala yüksəldiyi görüşdə bombardir adını Madeleyne Montano qazanıb.

Kolumbiyalı hücumçumuz Busto Arsizo təmsilçisini 43 dəfə cəzalandırıb. Azərbaycan çempionunun digər voleybolçularından - Foluke Akinradevo 18, Nataşa Krsmanoviç 7, Dobriana Rabadjiyeva və Aurea Kruz hərəyə 6, Angelina Qrünla Katarjina Skorupa hərəyə 3 xal toplayıb.

“Yamamay”ın heyətində isə Anna Kozuç məhsuldarlığı ilə fərqlənib. O, “Rabitə”dən 20 xal almağı bacarıb.