“İlk 2 seti bərbad keçirdik”
09.03.2013 - 20:19
“İlk 2 seti bərbad keçirdik”
“Biz yarımfinalda böyükhesabla uduzmaq istəmirdik”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında İtaliyanın “Yamamay” klubunun voleybolçusu Valentina Arigetti deyib.

O, Çempionlar Liqasının “Dördlər finalı”nda “Rabitə”yə 2:3 hesablı məğlubiyyətə üzüldüyünü etiraf edib: “İlk 2 seti bərbad keçirdik. Lakin sübut etmək istəyirdik ki, daha yaxşı oynamağı bacarırıq. Amma sonda istəyimiz alınmadı. Yəni, hesabı bərabərləşdirsək də, ardını gətirə bilmədik”.