2 il sonra yenə finalın adı: “Rabitə” – “Vakıfbank”!
09.03.2013 - 20:32
Çempionlar Liqasının finalında “Rabitə”nin rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu qızıl medal uğrunda Türkiyənin “Vakıfbank” klubu ilə qarşılaşacaq.
Rəqibimiz yarımfinalda “Qalatasaray”a 3:0 (28:26, 25:17, 25:21) hesabı ilə qalib gələrək, həlledici mərhələyə yüksəlib. Onlardan öncə isə “Rabitə” “Yamamay”ı 3:2 hesabı ilə məğlub etmişdi.
Beləliklə, 2011-ci ildə olduğu kimi yenə qitənin ən güclüsü adı “Rabitə” – “Vakıfbank” matçında müəyyənləşəcək. Üçüncü yer uğrunda oyunda isə “Qalatasaray” “Yamamay”la oynayacaq.
Qeyd edək ki, sabah bürünc medallar uğrunda matç Bakı vaxtı ilə saat 16:00-da, final isə 3 saat sonra başlayacaq.

0
0