Madrid klubunun transfer planları
09.03.2013 - 23:02
“Atletiko” Radamel Falkaonun komandadan ayılacağı halda, transfer edəcəyi futbolçuların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, kolumbiyalı hücumçunun Madrid təmsilçisindən getməsindən sonra rəhbərlik 3 güclü forvardlardan birini transfer etmək istədiyini bildirib.
Bunlar “Liverpul”dan Luis Suares, “Mançester Siti”dən Edin Dzeko və “Barselona”dan David Vilyadır. Madridlilərin ilk hədəfi isə uruqvaylı futbolçu Luis Suaresdir. Lakin ingilis klubu bu futbolçusunu satmayacağı halda, “Atletiko” Edin Dzeko və David Vilyadən birini transfer etmək niyyətindədir.
Qeyd edək ki, 27 yaşlı Falkao 2011-ci ildə “Porto”dan “Atletiko”ya transfer edilib. O, İspan klubunun heyətində 79 matçda meydana çıxıb və 63 qol imza atıb.
Həmçinin Radamel həm “Porto”da, həm də “Atletiko”da Avropa Liqasına sahib olub.

0
0