“Rabitə” “Azərreyl”in qisasını alıb, rekordunu yenilədi
10.03.2013 - 11:35
“Rabitə” “Azərreyl”in qisasını alıb, rekordunu yenilədi
“Rabitə” Çempionlar Liqasının finalına yüksəlməklə özünə məxsus Azərbaycan rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bu uğura yarımfinalda İtaliyanın “Yamamay” komandasına qalib gəlməklə, imza atıb.

Belə ki, Azərbaycan çempionu həlledici qarşılaşmaya 2-də dəfə vəsiqə qazanıb. Buna isə heç bir Azərbaycan klubu buna imza atmayıb. İndiyədək rekord elə “Rabitə”nin özünə məxsus idi ki, onlar 2 il öncə məhz İstanbulda bunu müəyyənləşmişdilər. Həmin vaxt finala yüksələn komanda buna nail olan ilk və yeganə komandamız olmuşdu. İndi isə təmsilçimiz bunu ikinci dəfə rəsmiləşdirdi.

Qeyd edək ki, “Rabitə” “Yamamay”ı mübarizədən kənarlaşdırmaqla həm də “Azərreyl”in qisasını almış oldu. Çünki “dəmiryolçular”ın “Dördlər finalı”na gedən yolunu italiyalılar kəsmişdi.