Bakı klubunun 2 oyunçusu Avropanın simvolik yığmasında
10.03.2013 - 20:58
Bakı klubunun 2 oyunçusu Avropanın simvolik yığmasında
Türkiyənin İstanbul şəhərində başa çatan qadın voleybolçular arasında Çempionlar Liqasının simvolik yığması açıqlanıb. Apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşının məlumatına görə, Bakının “Rabitə” klubunun gümüş medal qazandığı yarışın 8 nominasiyasında 2 voleybolçumuz Avropanın ən yaxşısı adını qazanıb.

Belə ki, Azərbaycan çempionunun bu mövsüm transfer etdiyi Montana Madeleyne çempionatın bombardiri seçilib. Komandamızın digər üzvü Nataşa Krsmanoviç isə qitənin ən yaxşı blokçusu adına layiq görülüb.

Digər nominasiyalarda – Yovana Brakoçoviç (“Vakıfbank”) Çempionlar Liqasının ən dəyərli voleybolçusu, Rosir Kalderon (“Qalatasaray”) ən yaxşı hücumçusu, Maren Brinker (“Yamamay”) topu oyuna ən yaxşı daxil edən, Gizem Güreşen (“Vakıfbank”) ən yaxşı liberosu, Yuko Sano (“Qalatasaray”) ən yaxşı top qəbuledici və Naz Aydəmir (“Vakıfbank”) ən yaxşı toppaylayıcı olub.