Mira Qoluboviç final oyununu şərh etdi
10.03.2013 - 21:55
Mira Qoluboviç final oyununu şərh etdi
“Mən yarışda zəif iştirak etdiyimizi deyə bilmərəm. Sadəcə bu günki rəqibimizin oturuşmuş heyəti var”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına “Rabitə”nin voleybolçusu Mira Qoluboviç deyib.

Təcrübəli kapitan Çempionlar Liqasının finalında “Vakıfbank”a 0:3 hesablı məğlubiyyəti şərh edib: “İstanbul klubu çox əla oynadı. Bunun nəticəsində də çempionluğu onlar qazandılar. Oyuna baxacağıq, səhvlərimizdən nəticə çıxarıb növbəti matçlarda onları təkrarlamayacağıq. Çünki bizi hələ Azərbaycan Super Liqası da gözləyir”.