Covanni Qudetti: Bütün mövqelərdə gözəl çıxış etdik
10.03.2013 - 22:12
“Komandamla qürur duyuram. Çünki yetirmələrim heç vaxt adları üçün oynamırlar. Onlar yalnız klubun adı üçün meydanda döyüşürlər”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında “Vakıfbank”ın baş məşqçisi Covanni Qudetti deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının finalında “Rabitə” ilə oyuna münasibət bildirib: “Bakı klubu bu il daha güclüdür. Onlar finala kimi əla çıxış etmişdilər. Bu gün isə mənim komandam yaxşı oynadı. Blokda, müdafiədə və hücumda gözəl çıxış etdik və çempion olduq”.

0
0