Angelina Qrün: Oyunumuzu nümayiş etdirə bilmədik
11.03.2013 - 03:30
“Komandamız öz oyununu nümayiş etdirə bilmədi”. Bu sözləri apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına “Rabitə”nin voleybolçusu Angelina Qrün deyib.
Almaniya millisinin ulduzu Çempionlar Liqasının finalında “Vakıfbank”la oyuna münasibət bildirib. Qrünün sözlərinə görə, rəqib yerli azarkeşlər qarşısında gözəl çıxış edib: “Onlar komanda kimi güclü idilər. Çünki artıq bir neçə ildir birgə oynayırlar. Qələbələrində azarkeşlər də kifayət qədər dəstək oldu. Komandada isə xüsusilə libero Gizem Güreşeni fərqləndirərdim. O, demək olar ki, bütün hücumların qarşısını inamla alırdı”.
Qeyd edək ki, finalda “Vakıfbank” qalib gəlib.

0
0